Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşqədəm böyük oğlu ilə bağlı sualları cavablandırdı

Xoşqədəm böyük oğlu ilə bağlı sualları cavablandırdı

Tarix: 10 Avqust 2023 11:55

"Uşaqlarla şəkil paylaşıram, deyirlər, böyük oğlunuz hanı? Gülməyim gəlir. Mənim 18 yaşım var idi, atama, anama baxırdım. Gecələr yatmırdım, pul qazanırdım ki, onları çadır şəhərciyindən çıxardım".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. O, böyük oğlu ilə bağlı sualları cavablandırıb:

"Valideynlərim məcburi köçkün idilər. Orada qalmasınlar deyə, gecə-gündüz çalışırdım. 28 yaşında uşağı qucağına alıb, ana qucağında gəzdirməlidir? 28 yaşında kişi ailə başçısı olur. 18 yaşımda qucağımda uşaq, qəzetdə çalışırdım. Ata, anamın yanında idim. Oğlunu, evini, 40 illik zəhmətini itirən valideynlərimin yanında onlara dəstək olurdum".

Qeyd edək ki, türkiyli müğənni Doğuşla ailəli olan Xoşqədəmin bu evlilikdən əkiz oğulları var. Onun birinci nikahdan isə bir oğul övladı var. 

Milli.Az


Etiketlər:  Xoşqədəm böyük oğlu ilə bağlı sualları cavablandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ