Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Telefonu şalvarın cibinə qoymayın" - Uroloqdan kişilərə XƏBƏRDARLIQ

Tarix: 11 Avqust 2023 08:57

Şalvarın cibində mobil telefon gəzdirmək sperma keyfiyyətini və kişilərin ata olma şansını azalda bilər.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə uroloq-androloq Vladlen Petrişşov Gazeta.ru-ya müsahibəsində deyib.

"Zərərli təsir istilik effekti ilə bağlı ola bilər. Mobil telefonlar tez-tez şalvarın cibində gəzdirilir, cinsi orqanların temperaturu yüksəlir və bu, kişilərin sağlamlığı üçün zərərlidir. Həmçinin təhlükə sperma DNT-sini zədələyə bilən reaktiv oksigen növlərinin (sərbəst radikallar) istehsalının artması ilə bağlı ola bilər", - həkim izah edib.

Petrişov həmçinin kişilərə noutbuku dizlərinin üstünə qoymamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, mikrob hüceyrələrinin hərəkətliliyinin azalmasına və spermatozoidlərin DNT-sinin zədələnməsinə də kömək edə bilər.

Milli.Az


Etiketlər:  Telefonu şalvarın cibinə qoymayın Uroloqdan kişilərə XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ