Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Havaların isti keçməsi günvurmaların sayını artırıb: Həkimdən XƏBƏRDARLIQ - VİDEO

Havaların isti keçməsi günvurmaların sayını artırıb: Həkimdən XƏBƏRDARLIQ - VİDEO

Tarix: 11 Avqust 2023 10:18

Halsızlıq, baş ağırıs, ürək bulanma yüksək hərarət əlamatələri ilə təcili yardıma edilən müraciətlər artıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, havaların isti keçməsi günvurmaların sayını artırıb. 2 gün ərzində təcili yardıma müraciət edənlərin çoxu xəstəxanaya yerləşdirilib. Digərlərinə isə yerində müalicə təyin olunub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Günel Həmidova bildirib ki, günvurma günəş şüalarının bilavasitə təsiri nəticəsində, eləcə də rütubətin çox olduğu yerlərdə yaranır.

Onun sözlərinə görə, günvurma zamanı baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir.

"Hətta günvurma beyin ödemi və komaya da gətirib çıxara bilər."

Həkim bildirib ki, isti ilə bağlı daha çox uşaqları və yaşlı insanları bundan qorumaq lazımdır. Bu kimi hallarla rastlaşmamaq üçün yaxşı olar ki, insanlar səhər saat 11:00-dan günorta 16:00-dək gün şüaları altında gəzməsinlər.


Etiketlər:  Havaların isti keçməsi günvurmaların sayını artırıb Həkimdən XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ