Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi

Tarix: 12 Avqust 2023 16:34

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Racim Çingiz oğlu Mirzəyevin idarə etdiyi "Mercedes Benz" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ