Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evini təmir etdirmək istəyənlər, DİQQƏT! - Bu xəbəri mütləq OXUYUN

Evini təmir etdirmək istəyənlər, DİQQƏT! - Bu xəbəri mütləq OXUYUN

Tarix: 14 Avqust 2023 20:16

Yay fəsli olduğu üçün evini təmir etdirənlərin sayında çoxluq müşahidə olunur. Hazırda Bakıda bir evin təmiri üçün nə qədər pul lazımdır?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Referans.az-a açıqlamasında bildirib ki, bu qiymət mənzil və fərdi yaşayış evləri üçün fərqlənir.

"Təmir olunan ev fərdi yaşayış evidirsə, bir evin kvadrat metri 180 manatdan başlayaraq 300 manata qədər davam edə bilər amma ortalama fərdi yaşayış evinin təmiri 250 manata, təmir xərci isə bir kvadrat metr üzrə 150 manatdan başlayaraq 1400 manatadək davam edə bilər. Mənzillərdə isə bu qiymət dəyişir. Mənzilin bir kvadrat metrinin təmir xərci 400 manatdan başlayır. Bunun təxminən 150-200 manata qədər olan hissəsi usta xərcləridir, digər hissəsi isə material xərcləridir. Tam yüksək səviyyədə təmirin bir kvadrat metr üçün olan qiyməti isə təxminən 800 manatdan yuxarı olur. Qiymət tikinti zamanı istifadə olunacaq materiallardan, materialların istehsalçı ölkəsindən, keyfiyyətindən asılı olaraq dəyişir. Məsələn, hazırda döşəmələrə daha çox keremoqranit adlanan material vurulur. Keremoqranitin bir kvadrat metri 14 manata olan versiyası da var, 140 manata olanı da".

Yeni tikili yaşayış binalarında mənzillər təmirli və təmirsiz şəkildə vətəndaşlara təklif olunur. Bununla bağlı ekspert qeyd edib ki, təmirli və təmirsiz mənzillərin qiymətləri arasında ən az 400 manat fərq müşahidə olunur.

"Tam təmirli və təmirsiz mənzillərin qiymətlərində təbii olaraq, fərqlər var. Kvadrat metri 1500 manata təmirsiz mənzil satılırsa, təmirli mənzillər isə əksər vaxtlarda 1900 manatdan yuxarı, bəzən 2000 manata satılır. Yenə də təmirin vəziyyətinə görə qiymət dəyişir. Vətəndaşlar tərəfindən daha çox təmirli mənzillərə üstünlük verilir. Bu insanlar üçün təbii ki, daha rahatdır. Lakin təmirsiz mənzillər də alanlar var. Bunda vətəndaşların məqsədi öz zövqlərinə uyğun olaraq təmir etdirməkdir".

Ramil Qasımzadə əlavə olaraq bildirib ki, həyət evi ilə bina evlərinin təmir qiymətləri arasında fərqin bəzi səbəbləri var. Bina evlərində mərtəbənin hündürlüyündən asılı olaraq usta xərci də artır. Fərdi yaşayış evinin təmiri bu baxımdan daha ucuz başa gəlir.

Milli.Az


Etiketlər:  Evini təmir etdirmək istəyənlər DİQQƏT Bu xəbəri mütləq OXUYUN


RƏYLƏR