Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişiləri rüsvay edən hörümçək - Avstriyada ona görə supermarket bağlanıb - FOTO

Kişiləri rüsvay edən hörümçək - Avstriyada ona görə supermarket bağlanıb - FOTO

Tarix: 15 Avqust 2023 03:04

Avstriyada banan qutusunda naməlum hörümçəyin aşkarlanması səbəbindən bir neçə gündür ki, supermarket bağlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Vyanadan 45 mil qərbdə yerləşən Krems an der Donau qəsəbəsindəki "Penni" mağazasında nəhəng hörümçək görüb 911-ə zəng ediblər və mağaza bağlanıb. Xidmətin əməkdaşları qutuları möhürləyərək binalara baxış keçirməyə başlayıblar.

Menecerin sözlərinə görə, hörümçəyin boyu 10 santimetrə çatır, qara və qırmızı rəngdə olub, zəhərli braziliyalı hörümçəyə bənzəyir. Belə bir həşaratın sancması kişilərdə priapizmə (cinsi həvəslə əlaqəli olmayan və bir neçə saat çəkən ağrılı ereksiya) səbəb ola bilər.

"New York Post" qəzetinin yazdığına görə, belə hörümçəyin sancdığı adam yüksək təzyiq və bütün bədən ağrılarından da əziyyət çəkə bilər.

Hörümçəyi tədqiq edən Corciya tibb kollecinin doktoru Romulo Leyte bildirib ki, ereksiya bu hörümçək tərəfindən sancılmış hər kəsin ağrı və narahatlıqla birlikdə yaşadığı yan təsirdir".

Pərakəndə satış qrupunun sözçüsü Ryu mağazanı yenidən açılmağa hazırlamaq üçün "hərtərəfli təmizləmə və dezinfeksiya tədbirlərinin" davam etdiyini söyləyib.

Milli.Az


Etiketlər:  Kişiləri rüsvay edən hörümçək Avstriyada ona görə supermarket bağlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ