Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokuror AQTA-nın rüşvətdə təqsirləndirilən keçmiş əməkdaşlarına 18 il cəza istədi

Prokuror AQTA-nın rüşvətdə təqsirləndirilən keçmiş əməkdaşlarına 18 il cəza istədi

Tarix: 28 Oktyabr 2019 16:42

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Elvin Nağıyev və Araz Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən Araz Qazıyevin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 31-də davam edəcək.

İttihama görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat alıb.

Həmçinin ittihamda onların eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаları da qeyd edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prokuror AQTA nın rüşvətdə təqsirləndirilən keçmiş əməkdaşlarına cəza istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ