Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 08:44
Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bu gün ölkədə temperatur rekordunun qırıldığını açıqlayıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, nazir bununla bağlı sosial media hesabında yazıb.
"Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Meteorologiya Ümumi Müdirliyinin məlumatlarına görə, ən yüksək temperatur Eskişehirdə 49,5 dərəcə ilə Sarıcakaya ölçüldü", - nazir qeyd edib.
Nazir Özhaseki, köhnə rekordun 20 iyul 2021-ci ildə Şırnakın Cizre şəhərində 49,1 dərəcə ilə ölçüldüyünü xatırladıb.
"Cənab Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi 2053 Net Sıfır Emissiya və Yaşıl İnkişaf hədəflərimizə uyğun olaraq hər kəsi həssas olmağa dəvət edirəm", - o əlavə edib.