Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 20:52
"Rəqibin yaxşı məşqçisi və oyunçuları var".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Serbiyada "Partizan"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bir həftə əvvəl Bakıda hər iki komandanın ifasında hücum futbolu izlədiklərini bildirib: "Sabah "Partizan" evdə oynayır. Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. Sabah hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, heç kimdən qorxmuruq. Rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik".
Musayev bir neçə oyunçunun zədəli olduğunu vurğulayıb: "Çempionat matçının təxirə salınması ehtimalı mümkün olduqda, bundan istifadə etmək qərarına gəldik. Bunun xeyrimizə olub-olmadığını sabah görəcəyik. Düşünmürəm ki, bu, bizə üstünlük verəcək".