Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2023 08:02
"Qarabağ" bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Sonxeber.net xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.
"Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
20:00. HİK - "Qarabağ"
Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. "Bolt Arena"
Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.