Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağ Evin mətbuat katibi təsadüfən ABŞ prezidentinin adından xəbər paylaşıb

Ağ Evin mətbuat katibi təsadüfən ABŞ prezidentinin adından xəbər paylaşıb

Tarix: 17 Avqust 2023 14:04

Ağ Evin mətbuat katibi "X" sosial şəbəkəsində təsadüfən ABŞ prezidentinin adından xəbər paylaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "The Washington Examiner" qəzeti buna diqqət edib.

"Amerikaya sərmayə qoymaq bütün Amerikaya sərmayə qoymaq deməkdir. Mən prezidentliyə namizədliyimi irəli sürərkən söz vermişdim ki, ölkənin heç bir bölgəsini diqqətdən kənarda qoymayacağam", - Karine Jan-Pyerin paylaşımından qəzet sitat gətirir.

Qəzet qeyd edir ki, bu paylaşım yerli vaxtla saat 15:05-də (Bakı vaxtı ilə 23:05-red.) edilib, lakin yarım saat keçməmiş sosial şəbəkədən silinib.

Milli.Az


Etiketlər:  Evin mətbuat katibi təsadüfən ABŞ prezidentinin adından xəbər paylaşıb


RƏYLƏR