Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qusarda 2 layihənin açılışı olub (FOTO)

Qusarda 2 layihənin açılışı olub (FOTO)

Tarix: 28 Oktyabr 2019 18:00

Bakı. Trend:

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı Missiya Direktoru Caydev Sinqx Xudat və Qusar sakinləri ilə birgə USAID-in maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində icra edilmiş iki icma layihələrinin açılışında iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Xudatın Fidanlar icmasında sakinlər hökumət nümayəndələri ilə əməkdaşlıq edərək yerli uşaq bağçasını tam təmir ediblər. Təmir edilmiş uşaq bağçası icmanın 55 uşağını isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək.

Qusarın Çiləgir icmasında sakinlər hökumət nümayəndələri ilə əməkdaşlıq edərək beton su anbarı tikib və 770 metr uzunluğunda yeni polietilen boru quraşdırıblar. Yeni suvarma sistemi kənd təsərrüfatı ilə məşğul olan 280 ailənin suvarma su təminatını yaxşılaşdıracaq.

“Bu layihələr icmaları yaxşılaşdırmaq üçün vətəndaşlarla yerli hökumətin bir araya gələrək nəyə nail ola biləcəklərinin nümanəsidir. Yerli həyat səviyyəsini yaxşılaşdıran bu kimi icma təşəbbüslərinə dəstək göstərmək üçün İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq etməkdən şərəf duyuruq,” deyə USAID-in missiya direktoru Caydev Sinqx qeyd edib.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 300.000-dən çox insanın faydalana bildiyi 160-dan çox layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var.

***

Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO) Qusarda 2 layihənin açılışı olub (FOTO)


Etiketlər:  Qusarda 2 layihənin açılışı olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ