Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 02:36
Qəhvənin faydaları barədə dəfələrlə deyilib və yazılıb. Lakin onu düzgün istifadə etmədikdə əks effekt verir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə elm adamları xəbərdarlıq ediblər.
Belə ki, bir çoxları səhərlər ayılmaq, yaxud səbəbsiz yerə acqarına qəhvə içməyi vərdiş ediblər. Elələri də var ki, bunu arıqlamaq məqsədiylə edir.
Həkimlər acqarına qəhvə içməyin orqanizmdə ödem əmələ gətirdiyini bildiriblər. Onların sözlərinə görə, bu da öz növbəsində bir sıra xəstəliklərlə nəticələnir, həmçinin artıq çəkidən qurtulmağa deyil, kökəlməyə səbəb olur.
Buna görə, tibb işçiləri səhərlər qəhvə içməzdən əvvəl ən azı bir meyvə yeməyin daha sağlam üsul olduğunu deyiblər.