Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 18:38
Fransalı ixtiraçılar uşaqları boğulma riskindən qoruyan geyim təqdim ediblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu ixtira təsadüfən hovuza düşən uşaqlar üçün əlavə təhlükəsizlik təmin edir. Belə ki, qısaqol köynək şəklində olan geyim su ilə təmasa dərhal reaksiya verir və içərisindəki hava ilə dolu boşluqlar sayəsində xilasedici jiletə çevrilir.
Hazırda geyimin yalnız uşaq ölçülərində modelləri satışa çıxarılıb.
Qeyd edək ki, ixtira "Lepine 2023" müsabiqəsində qızıl medala layiq görülüb.