Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İxtisas seçimində yığılan balın önəmi YOX İMİŞ - VİDEO

İxtisas seçimində yığılan balın önəmi YOX İMİŞ - VİDEO

Tarix: 19 Avqust 2023 17:32

Bu il 55 mindən çox abituriyent ixtisas seçimi edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onların bəziləri ixtisas seçimini özləri etmək, yaxud DİM-in pulsuz Məsləhət Mərkəzlərinə müracitə etmək əvəzinə ödənişli mütəxəssisə müraciət edirlər.

"Səbəbini isə belə izah etdilər."

Bu sistemdə qiymətlər də fərqlidir. Qiyməti fərqli edən isə, nə abituriyentin balının azlığı, çoxluğu, nə də düşmək istədiyi ixtisas fənnidir. Mütəxəssisin öz işinə təyin etdiyi qiymətdir.

Təhsil mütəxəssisi bildirdi ki, abituriyent qəbul olmadıqda ödəniş geri qaytarılır.

Əsasən, hansı abituriyentlər ixtisas seçimində peşəkara müraciət etməlidirlər sualına isə bildirlidi ki, hər qrupun plan yeri və orda müsahibədə iştirak edən uşaq sayı fərqlidir. Mütləq şəkildə aşağı və orta ballılar ekspertlərə müraciət etsinlər.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə isə məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdi ki, ixtisas seçiminə texniki məsələ kimi yanaşmaq lazım deyil.

Xanlar Xanlarzadə onu da bildirdi ki, hansısa şablon əsasında ixtisas seçimi etmək insanın gələcək taleyində mənfi hallar yarada bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  İxtisas seçimində yığılan balın önəmi YOX İMİŞ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ