Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi Liqa Kubokunun bombardiri oldu

Messi Liqa Kubokunun bombardiri oldu

Tarix: 20 Avqust 2023 14:12

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi 10 qolla MLS + MX Liqa Kubokunun bombardiri olub.

Milli.Az xəbər verir ki, forvard finalda "Neşvil"ə qarşı (1:1, 10:9 pen) onuncu oyunu keçirərək, oyunun 23-cü dəqiqəsində hesabı açıb.

Hücumçu üçün bu kubok həm milli, həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. O, tarixin ən çox titullu futbolçusu oldu. Messi ilk kubokunu "İnter Mayami" ilə qazandı və bu, klubun ilk tituludur.

Xatırladaq ki, 36 yaşlı Messi iyulun 15-də "İnter Mayami"yə keçib. Onun ABŞ klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Milli.Az


Etiketlər:  Messi Liqa Kubokunun bombardiri oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ