Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

APOEL - "Qarabağ" oyunu "xüsusi matçlar" siyahısında - UEFA-dan mühüm tələb

APOEL -

Tarix: 29 Oktyabr 2019 11:20

UEFA  Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

Qol.az-ın məlumatına görə, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda "Düdulanj"la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

 


Etiketlər:  APOEL Qarabağ oyunu xüsusi matçlar siyahısında UEFA dan mühüm tələb


RƏYLƏR