Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makiyaj vasitələrində gizlənən infeksiya: Tez-tez təmizləməsəniz

Makiyaj vasitələrində gizlənən infeksiya: Tez-tez təmizləməsəniz

Tarix: 25 Avqust 2023 08:36

Makiyaj fırçalarını tez-tez təmizləməsəniz, bakteriya və göbələklərin yuvasına çevrilə bilər. Çirkli fırçalardan istifadə edənlər bilmədən onları bütün üzlərinə sürtürlər, bu isə göz infeksiyaları və dəri problemləri kimi bir çox ciddi xəstəliklərə yol açır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı mütəxəssislər məlumat verib. Bildirilib ki bakteriyalar dərinin məsamələrinə daxil olaraq ciddi infeksiyalara səbəb ola bilir. Həmçinin bir çox çirkli fırçaların tualet oturacaqlarından daha çirkli olduğu əlavə edilib.

Mütəxəssislər makiyaj ustalarına və xanımlara kir yığılmasının qarşısını almaq üçün makiyaj fırçalarını və süngərlərini hər yeddi-on gündən bir yumağı tövsiyə edir. Lakin məlumatlar göstərir ki, amerikalıların 22 faizi fırçaları təmizləmir, 39 faizi isə onlar ayda yalnız bir dəfə yuyur.

ABŞ-ın makiyaj təmizləmə brendi olan "GlamTech"in sosial mediada paylaşdığı videoda natəmiz fırçaların vəziyyəti açıq şəkildə göstərilir.

Yaxşı istifadə edilmiş, təmiz görünüşlü süngər və fırça istifadə edildikdən sonra qabına qoyulur. Lakin tədqiqatçılar bir müddət sonra hər yerdə bakteriyaların əmələ gəldiyini aşkar edib.


Etiketlər:  Makiyaj vasitələrində gizlənən infeksiya təmizləməsəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ