Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdxaldan asılılığımızı sona çatdırmağı planlaşdırırıq - Türkiyənin enerji naziri

İdxaldan asılılığımızı sona çatdırmağı planlaşdırırıq - Türkiyənin enerji naziri

Tarix: 25 Avqust 2023 14:24

Dostlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlıq edərək, idxaldan asılılığımızı sona çatdırmağı planlaşdırırıq.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Rasional qərarlar alaraq ağıllı enerji çevrilməsini nəzərdə tuturuq. Enerji sahəsini şaxələndirməyi planlaşdırırıq. Məqsədimiz təchizat təhlükəsizliyimizi qorumaq və ölkəmizi enerji mərkəzinə çevirməkdir. Buna uyğun olaraq neft və təbii qaz hasilatımızı artıracağıq, atom elektrik stansiyaları tikəcəyik", - deyə nazir bildirib.

Alparslan Bayraktar qeyd edib ki, Türkiyə 2053-cü ilə qədər yaşıl enerjiyə sahib olmaq öhdəliyi götürüb. Biz elektrik enerjisinin 45 faizini bərpa olunan mənbələrdən qarşılayırıq. Türkiyə bu sahədə Avropada beşinci, dünyada isə 12-ci yerdədir.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin 2023-cü ilin yanvar ayında dərc etdiyi Milli Hidrogen Strategiyasına əsasən, Türkiyə 2030-cu ilə qədər 2 GW, 2035-ci ilə qədər 5 GW və 2053-cü ilə qədər 70 GW hidrogen istehsal gücü qurmağı planlaşdırır.


Etiketlər:  İdxaldan asılılığımızı sona çatdırmağı planlaşdırırıq Türkiyənin enerji naziri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ