Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin ticarət nazirindən ABŞ ilə ticarət əlaqələri mexanizmi barədə - AÇIQLAMA

Türkiyənin ticarət nazirindən ABŞ ilə ticarət əlaqələri mexanizmi barədə - AÇIQLAMA

Tarix: 25 Avqust 2023 16:30

Əhəmiyyətli ticarət tərəfdaşlarımızdan biri olan ABŞ ilə iqtisadi və ticari əlaqələrimizi gücləndirmək üçün müntəzəm ticarət məsləhətləşmə mexanizmini həyata keçirəcəyik.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Hindistanda keçirilən G20 Ticarət və İnvestisiya nazirləri toplantısında ABŞ-nin ticarət nümayəndəsi Ketrin Tay ilə keçirdiyi görüş zamanı deyib.

"Əhəmiyyətli ticarət tərəfdaşlarımızdan biri olan ABŞ ilə iqtisadi və ticari əlaqələrimizi gücləndirmək üçün müntəzəm ticarət məsləhətləşmə mexanizmini həyata keçirəcəyik. ABŞ şirkətlərinin Türkiyədəki investisiyalarını artırmaq və Türkiyənin qlobal təchizat zəncirində daha güclü olması üçün birlikdə çalışacağıq",- deyə Bolat bildirib.

Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə də görüşən Bolat qeyd edib ki, Gömrük ittifaqının yenilənməsi ilə bağlı danışıqlardan əvvəl Aİ-nin Türkiyə ilə ticarətində yeni dialoq dövrünü, gözləntiləri və əməkdaşlıq sahələrini müzakirə ediblər.


Etiketlər:  Türkiyənin ticarət nazirindən ABŞ ilə ticarət əlaqələri mexanizmi barədə AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ