Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələ mütəxəssisindən XƏBƏRDARLIQ: ''Bütün bölgəyə təsir edəcək, 90 min bina dağılacaq...''

Zəlzələ mütəxəssisindən XƏBƏRDARLIQ: ''Bütün bölgəyə təsir edəcək, 90 min bina dağılacaq...''

Tarix: 26 Avqust 2023 15:42

Türkiyədə zəlzələ üzrə mütəxəssis professor Şükrü Ersoy "Sabah" qəzetinə açıqlamasında İstanbulda ehtimal olunan zəlzələnin demək olar ki, bütün bölgəyə təsir edəcəyini bildirib.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, məlumata görə, 7,5 bal gücündə zəlzələ zamanı ən azı 90 min bina dağılacaq, 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı olacaq.

Şükrü Ersoyun sözlərinə əsasən, ola biləcək güclü zəlzələdən xüsusilə Adalar, Avcılar, Baxçelievler, Bakırköy, Beylikdüzü, Büyükçekmece, Küçükçəkməcə, Maltəpə, Tuzla, Üsküdar, Zeytinburnu, Sultanbəyli və ətraf məhəllələr daha çox zərər çəkəcək.

İstanbul sakinlərinin hara köçməli olduğu sualını cavablandıran Ersoy "Heç yerə köçməyə ehtiyac yoxdur" cavabını verib. "Biz heç yerə köçməyəcəyik. Olduğumuz yerdə təhlükəsiz yerlər yaradacağıq", - professor deyib.

Xatırladaq ki, bundan əvvəl İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu şəhər rəhbərliyinin zəlzələyə hazırlıq planlarını təqdim edərək bunun qaçılmaz olduğunu, lakin təbiət hadisəsinin nə vaxt olacağını dəqiq proqnozlaşdırmağın mümkün olmadığını bildirib.


Etiketlər:  Zəlzələ mütəxəssisindən XƏBƏRDARLIQ Bütün bölgəyə təsir edəcək bina dağılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ