Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola rekorda imza atdı

Qvardiola rekorda imza atdı

Tarix: 28 Avqust 2023 07:12

İngiltərə Premyer Liqasının (APL) III turunun matçında "Mançester Siti" səfərdə "Şeffild Yunayted"i 3:1 hesabı ilə məğlub edib. 

Milli.Az report-a istinadla xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola üçün bu qələbə İngiltərə çempionatında 200-cü olub.

İspan mütəxəssis bu qələbələri turnir tarixində hamıdan tez qazanıb. 200 qələbə üçün ona 269 qarşılaşma kifayət edib. 

Ondan əvvəl rekord 322 matçda Premyer Liqada ilk 200 qələbəsini qazanan Aleks Ferqyusona məxsusdur.

"Mançester Siti" Premyer Liqada üç turdan sonra turnir cədvəlinin zirvəsindədir.

Milli.Az


Etiketlər:  Qvardiola rekorda imza atdı


RƏYLƏR