Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyunda azarkeşlərdən dəstək gözləyirik'' - Nektarios Petevinos

''Qarabağ''la oyunda azarkeşlərdən dəstək gözləyirik'' -  Nektarios Petevinos

Tarix: 29 Oktyabr 2019 14:04

 APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos Kipr çempionatının VII turunda "Nea Salamis"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.

Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, o, Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la ev oyununda azarkeşlərdən dəstək gözlədiyini deyib: "Nea Salamis" işimizi çətinləşdirdi.  Ancaq hesabı açdıqdan sonra vəziyyət lehimizə dəyişdi. Daha iki qol vuraraq qələbə qazandıq. İndi şənbə günü AEK-lə derbi matçımız və gələn həftə  "Qarabağ"la Avropa Liqasında həlledici görüşümüz olacaq. Azarkeşlərdən bu iki oyunda dəstək gözləyirik.Hər kəs komandaya necə kömək edəcəyini başa düşməlidir. Onları yanımızda görmək istəyirik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

 


Etiketlər:  Qarabağla oyunda azarkeşlərdən dəstək gözləyirik Nektarios Petevinos


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ