Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbadət evinə SİLAHLI HÜCUM: 14 nəfər öldürüldü

İbadət evinə SİLAHLI HÜCUM: 14 nəfər öldürüldü

Tarix: 29 Avqust 2023 07:38

Konqo Demokratik Respublikasında silahlılar kilsədə azı 14 nəfəri öldürüblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Silahlılar avqustun 27-də ibadət zamanı insanlara hücum ediblər.

Yerli "Okapi" radiostansiyası xəbər verir ki, hücum edənlər İturi əyalətində fəaliyyət göstərən Konqonun İnkişafı Kooperativinin (CODECO) üzvləri olub.

CODECO iyirmi il əvvəl ölkənin şərq bölgələrində yaşayan Lendu xalqının silahlı milislərindən yaranıb.

Milli.Az


Etiketlər:  İbadət evinə SİLAHLI HÜCUM 14 nəfər öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ