Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib

XİN Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib

Tarix: 30 Avqust 2023 12:48

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib.

Sonxeber.net xəbər verir ki, bu barədə nazirliyin "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

"Qardaş tarixinin şanlı səhifələrindən biri olan, İstiqlal savaşının taleyini həll edən 30 avqust Zəfərinin 101-ci ildönümündə, bu qələbənin memarları olan Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə yad edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.


Etiketlər:  XİN Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ