Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“HONOR”un yeni modellərinin təqdimatı sentyabrın 1-də keçiriləcək: Harada və nə zaman izləmək olar?

“HONOR”un yeni modellərinin təqdimatı sentyabrın 1-də keçiriləcək: Harada və nə zaman izləmək olar?

Tarix: 30 Avqust 2023 17:28

"HONOR" şirkəti sentyabrın 1-də Bakı vaxtı ilə saat 12:00-da Berlində IFA beynəlxalq sərgisi çərçivəsində "Gələcəyi Kəşf Et" adlı təqdimat mərasimi təşkil edəcək.

Qeyd etmək lazımdır ki, bu il İFA-nın rəsmi açılışını məhz "HONOR" edəcək və bu sərginin ilk təqdimatı olacaq.

Çox güman ki, məşhur brend təqdimatda özünün yeni "Magic" seriyasından qatlanan smartfonlarını, qabaqcıl planşetlərini və qlobal bazar üçün digər yeni cihazlarını anons etməyi planlaşdırır. Təqdimatdan canlı yayımı "HONOR"un rəsmi "YouTube" kanalında izləyə bilərsiniz.

Onu da xatırladaq ki, "IFA 2023" beynəlxalq sərgisi sentyabrın 1-dən 5-dək ənənəvi olaraq Berlində keçiriləcək.

Milli.Az


Etiketlər:  HONORun yeni modellərinin təqdimatı sentyabrın 1 keçiriləcək Harada zaman izləmək olar


RƏYLƏR