Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Azərbaycana 81 minaaxtaran it verib - FOTO

ABŞ Azərbaycana 81 minaaxtaran it verib - FOTO

Tarix: 30 Avqust 2023 21:54

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute" (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərərçəkmiş ölkələrə bağışladığı 300-cü itdir, onlardan 81-i Azərbaycana göndərilib.

Burada kritik işlərinə başlayacaq olan Boka, Byanka, Fleks, Leks, Stela və II Taycer Praydı salamlayırıq!" - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute" (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.

Milli.Az


Etiketlər:  ABŞ Azərbaycana minaaxtaran verib FOTO


RƏYLƏR