Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acundan zəngin olmağın yollarını öyrədənlərə - ''Nağıl danışmayın''

Acundan zəngin olmağın yollarını öyrədənlərə - ''Nağıl danışmayın''

Tarix: 30 Avqust 2023 23:10

Türkiyəli iş adamı Acun Ilıcalı "FutbolArena" yutub kanalında yayınlanan "Roksan ile laf arası" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iş adamı zəngin olmaq üçün müxtəlif seminarlar keçirən, sosial media hesablarında məsləhətlər influenseri tənqid edib.

"Hədəf qoymayın. Hədəf qədər yanlış bir şey yoxdur. Hədəfi bir addım sonrasını yaşayaraq, addım-addım qurun. Sadəcə 1 addım sonranı hədəfləyin. Əvvəlcə ilk addımda xoşbəxt olacaqsan. Sevdiyin işdə çalışmalısan və oradan başlayaraq addımlamalısan. 

Sosial mediada insanlara çox zəngin olmağın yollarını izah edirlər. "Varlı olmaq istəyirsən? Belə et, elə et. Zəngin olacaqsan". 

Mənə nağıl danışma. Mən kasıb da oldum, varlı da. Zəngin olanda daha xoşbəxt olmursan. Amma kasıb olmamaq lazımdır, bunu anlat. Pulu belə əldə etməyin lazımdır deyirsən, bəs özün onu tapmısan? Kimin pulu ilə nə edirsən onu belə bilmirik" deyə, Acun vurğulayıb. 

Milli.Az


Etiketlər:  Acundan zəngin olmağın yollarını öyrədənlərə Nağıl danışmayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ