Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmmədyarovun uğuru

Məmmədyarovun uğuru

Tarix: 1 Sentyabr 2023 17:30

Beynəlxalq Şahmat Federasiyası klassik reytinqə əsasən, sentyabrın 1-i üçün rapid və blits üzrə dərəcələrin cədvəlini dərc edib.

İdman.biz-in məlumatına görə, rapiddə Azərbaycan qrossmeysterləri arasında ən yaxşı mövqedə Şəhriyar Məmmədyarovdur. O, 21-ci yerdədir. Teymur Rəcəbov 33-cü, Eltac Səfərli isə 63-cü yerdədir. İlk 100-lükdə həmçinin Qədir Hüseynov (85) və Rauf Məmmədov (92) yer alıb.

Rapiddə Dinq Liren liderlik edir, onun ardınca Maqnus Karlsen və Yan-Kşiştof Duda gəlir.

Blitsdə Məmmədyarov 21-ci, Rəcəbov isə 24-cüdür. Səfərli 57-ci, R.Məmmədov isə 77-ci sırada qərarlaşıb. Reytinqə Alireza Firuzja liderlik edir, Maqnus Karlsen ikinci, Hikaru Nakamura isə üçüncüdür.

Milli.Az


Etiketlər:  Məmmədyarovun uğuru


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ