Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2023 04:55
Türkiyəli müğənni Sərdar Ortaç "Bayati şiraz" mahnısının Azərbaycanda gecə klublarında müxtəlif versiyalarda səsləndirilməsinə etiraz edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni sözügedən mahnının bu cür yerlərdə səsləndirilməsini və remiks edilməsini düzgün hesab etmədiyini vurğulayıb:
"Vətənimdir" deyə, bir mahnı var. Azərbaycan şəhidlərinə ithaf olunub. Vətənimdir, vətənimdir, vətənim. Onu diskotekalarda çalmağa başlayıblar. Buna kədərlənirəm. Remiks, filan ediblər. O şəhidlər üçün yazılan sözlərdir. Bir uşaq (red. gənc xanəndə Kənan Bayramlı) səsləndirmişdi, adını xatırlamıram, "Bayatı Şiraz" deyilir. O mahnını gecə klublarında səsləndirilməməlidir".