Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada bu şəxslər də hərbi xidmətə çağırılacaq

Ukraynada bu şəxslər də hərbi xidmətə çağırılacaq

Tarix: 4 Sentyabr 2023 07:54

Ukrayna Müdafiə Nazirliyi hərbi vəziyyət dövründə ölkənin Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmalı olan kişilərin kateqoriyalarının siyahısını genişləndirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Nazirliyin Ali Radanın elektron məlumat bazasında yerləşdirilmiş əmrinə əsasən, indi hərbi xidmətə qismən yararlılar orduya çağırılacaq.

Beləliklə, asemptomatik HİV, kliniki müalicə olunan vərəm və psixi pozğunluqların yüngül qısamüddətli ağrılı təzahürləri kimi diaqnozları olan kişilər çağırış vərəqəsi ala bilərlər. Əmrə əsasən, sağlamlıq imkanları məhdud olanlar hərbi həkim komissiyası tərəfindən müəyyən ediləcək xüsusi hərbi ixtisas üzrə xidmət edəcəklər.

Həmçinin hava desant-hücum qoşunlarında və dəniz piyadalarında xidmət etmək istəyənlər üçün sağlamlıq tələbləri sadələşdirilib.


Etiketlər:  Ukraynada şəxslər hərbi xidmətə çağırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ