Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2023 03:51
Dietoloqlar qan təzyiqini sürətlə aşağı salan dörd qidanın adını açıqlayıblar.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu qidaları hipertoniya xəstələri mütləq yeməlidir.
1. Fındıq və qoz
Sağlam yağlarla zəngin olan bu qidaları salatlara əlavə etmək qan tarazlaşdırmağa kömək edir.
2. Qatıq
Sağlam səhər yeməyinin bu əsas komponenti minerallar və vitaminlərlə, o cümlədən kalsium, kalium, maqnezium və D vitamini ilə zəngindir. Araşdırmalar göstərir ki, bu minerallar damarların divarlarına birbaşa təsir edərək qan təzyiqini aşağı salır.
3. Evdə hazırlanmış içkilər
Bu cür içkilərin istehlakı hipertoniyanı azaldan maddələrə malikdir.
4. Pomidor
Pomidor da qan təzyiqini idarə etməyə kömək edən kaliumla zəngindir. Bundan əlavə, onların tərkibində ürək sağlamlığına faydalı təsir göstərən və yüksək qan təzyiqi kimi riskləri əhəmiyyətli dərəcədə azalda bilən karotenoid piqmenti olan likopin var.