Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerə tüpürənlər cərimələnəcək - Kameralarla izləyirlər...

Yerə tüpürənlər cərimələnəcək - Kameralarla izləyirlər...

Tarix: 5 Sentyabr 2023 18:32

Yaroslavl vilayətinin sakinlərinə ictimai yerlərdə tüpürmək qadağan edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, artıq sentyabrın 7-dən belə bir hərəkət pozuntuya çevriləcək və buna görə cərimələməyə başlayacaqlar.

Qubernatorun köməkçisi Tatyana Potemkinanın sözlərinə görə, Yaroslavl vilayəti belə bir hüquqi normanın tətbiq olunduğu ilk subyektlərdən biridir. O əlavə edib ki, sentyabrın 7-dən regionda qanunu pozanlar 1,5 min rubl (təxminən 26 manat) məbləğində cərimə olunacaqlar. Yaroslavl vilayətinin hökuməti qeyd edib ki, "İnzibati xətalar haqqında" regional qanuna edilən dəyişikliklərin qüvvəyə minməsindən iki aydan az müddətdə ictimai yerlərdə 50-dən çox tüpürmə faktı qeydə alınıb.

Qanunu pozanların axtarışı müşahidə kameraları vasitəsilə aparılır. Qanun pozuntularının qarşısını almaq üçün əraziyə inzibati-texniki nəzarət müfəttişliyinin əməkdaşları və polis nümayəndələri gedir. Yaroslavl hökumətində vurğulandığı kimi, onlar yerə tüpürənin məlumatlarını müəyyənləşdirir və cinayət yerində inzibati material hüququnu nəzərdən keçirirlər.

Bundan əlavə, qanunun iyulun 7-dən qüvvəyə minmiş yeni variantında səlahiyyətli orqanlar abadlıq və ictimai asayişin qorunması sahəsində hüquqpozmalara görə məsuliyyəti nəzərdə tutan digər maddələr də təqdim ediblər.

Milli.Az


Etiketlər:  Yerə tüpürənlər cərimələnəcək Kameralarla izləyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ