Tarix: 29 Oktyabr 2019 21:04
İtaliyanın “İnter” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.
Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, bunlar Joau Mario və İvan Perişiçdir. Hər iki yarımmüdafiəçinin sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı ildə “Sportinq”dən “İnter”ə keçən Mario hazırda Moskva “Lokomotiv”ində icarə əsasında çıxış edir. 2015-ci ildən “İnter”də oynayan Perişiç isə hazırda “Bavariya”da icarədədir.