Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turist məşhur fəvvarəni zədələdi

Turist məşhur fəvvarəni zədələdi

Tarix: 6 Sentyabr 2023 07:38

Almaniyalı turist İtaliyanın Florensiya şəhərinin ən məşhur simvollarından sayılan Neptun fəvvarəsinə maddi ziyan vurub.

Milli.Az lent.az-a istinadən bildirir ki, 22 yaşlı gənc şəkil çəkdirmək üçün 500 illik fəvvarənin üzərindən atlayıb. Nəticədə tarixi abidənin bəzi hissələrindəki mərmər parçaları qırılıb. Fəvvarəyə dəyən ziyan 5000 avro dəyərində qiymətləndirilir.

Təhlükəsizlik qüvvələri videogörüntülər əsasında turistin kimliyini müəyyən edib və o, saxlanılıb. Gənci böyük məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, XVI əsrdə inşa edilən səkkizbucaqlı möhtəşəm fəvvarə 2018-ci ildə əsaslı şəkildə bərpa olunub.

Milli.Az


Etiketlər:  Turist məşhur fəvvarəni zədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ