Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq III Dünya savaşı başlayıb - Danilov

Artıq III Dünya savaşı başlayıb - Danilov

Tarix: 6 Sentyabr 2023 15:16

Artıq Üçüncü Dünya müharibəsi başlayıb və Ukrayna bu müharibədə fəal iştirak edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Ukrayna NATO-ya üzv olmalıdır. Dünyada indi baş verən hadisələr bitməyəcək. Əgər kimsə Üçüncü Dünya müharibəsinin başlamadığına inanırsa, bu, böyük səhvdir", - Danilov bildirib.

Danilovun fikrincə, Ukraynanın NATO-ya daxil olması alyansı gücləndirəcək, Ukrayna münaqişəsinin nəticəsi isə BMT-nin rolunu dəyişəcək.

Milli.Az


Etiketlər:  Artıq Dünya savaşı başlayıb Danilov


RƏYLƏR