Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızı ona ərə vermədilər deyə toyu yasa çevirdi - VİDEO

Qızı ona ərə vermədilər deyə toyu yasa çevirdi - VİDEO

Tarix: 6 Sentyabr 2023 18:00

Türkiyədə toyda qan düşüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Diyarbəkirdə baş verib. Bir nəfər gəlinlə toy salonuna daxil olan bəyə silahla hücum edib. Bəy 8 güllə yarası alıb. Toya gələn qonaqlar arasında olan 10 yaşlı uşaq da yaralanıb.

Hücum edən şəxsin gəlinlə evlənmək istədiyi, ancaq ailəni razı sala bilmədiyi öyrənilib. Bəy xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Hadisəni törədən saxlanılıb.

Araşdırma aparılır.


Etiketlər:  Qızı ərə vermədilər deyə toyu yasa çevirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ