Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qələbəmiz sensasiya olar''

''Qələbəmiz sensasiya olar''

Tarix: 9 Sentyabr 2023 17:50

"1 xal bizim üçün böyük uğurdur".

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Əfran İsmayılov İdman.biz-ə bu gün Avro-2024-ün seçmə mərhələsində Azərbaycan - Belçika oyunu ilə bağlı danışarkən deyib. Ə.İsmayılov Belçikanın təhlükə rəqib olduğunu qeyd edib:

"Bu gün bizi çox çətin, çox ağır oyun gözləyir. Doğma meydanda oynayacağıq, amma Belçika elə komandadır ki, onlar üçün bunun fərqi yoxdur. Çox istəkli komandadır. Azərbaycana yalnız qələbə üçün gəliblər. Biz də öz növbəmizdə ağıllı gedişlər etsək, çoxsaylı top itkiləri olmasa, sürətli oynasaq, ehtimal edirəm ki, 1 xal qazana bilərik. 1 xal hesabımıza yazdıra bilsək bizim üçün böyük uğurudur. Qələbə isə başqa mövzudur, hətta deyərdim, sensasiya saya bilərik. Hər halda millimizə uğurlar arzulayıram".

Qeyd edək ki, millimiz keçirdiyi 3 oyundan sonra 1 xalla qrup sonuncusudur.

9 sentyabr

Avro-2024, seçmə mərhələ

5-ci tur

F qrupu

"Dalğa Arena"
17:00 Azərbaycan - Belçika

Milli.Az


Etiketlər:  Qələbəmiz sensasiya olar


RƏYLƏR