Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Qazaxıstana gedəcək

Ərdoğan Qazaxıstana gedəcək

Tarix: 11 Sentyabr 2023 14:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Qazaxıstana rəsmi səfər edəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Türkiyənin XİN rəhbəri Hakan Fidan ilə Astanada keçirilən görüşündən sonra bildirib.

Məlumata əsasən, R.T.Ərdoğanın Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, Astana və Ankara yüksək səviyyədə səfərlərin təşkil edilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Hakan Fidan 10-11 sentyabr tarixlərində Qazaxıstanda rəsmi səfərdə olacaq.

Milli.Az


Etiketlər:  Ərdoğan Qazaxıstana gedəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ