Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2023 17:46
Türkiyə Əsrində yeni konstitusiya qəbul edilməlidir.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə yeni və liberal bir konstitusiya hazırlamalıdır. Vətəndaş cəmiyyətinin bütün təbəqələrinin fikirlərini nəzərə almaqla parlamentdə mümkün qədər geniş konsensusla yeni konstitusiya hazırlamaq mümkündür. Bizim istəyimiz ən geniş iştirak və konsensusla vətəndaş konstitusiyasını hazırlamaqdır. Cümhur İttifaqı olaraq bu məsələyə xüsusi diqqət yetirəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.