Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT-də Qurani-Kərimə qarşı hücumlar müzakirə ediləcək

BMT-də Qurani-Kərimə qarşı hücumlar müzakirə ediləcək

Tarix: 11 Sentyabr 2023 20:54

Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk jurnalistlərə açıqlaması zamanı bildirib.

O vurğulayıb ki, Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək.

Qeyd edək ki, İsveç və Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması müşahidə edilib.

Milli.Az


Etiketlər:  BMT Qurani Kərimə qarşı hücumlar müzakirə ediləcək


RƏYLƏR