Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO

“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO

Tarix: 12 Sentyabr 2023 15:04

"Apple" yeni İphone 15 cihazlarını təqdim etməyə hazırlaşır.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, şirkət 12 sentyabr çərşənbə axşamı saat 20:00-da yeni cihazlarını təqdim edəcəyi "Wonderlust" tədbirini keçirəcək.

Lansmanı "Apple"ın rəsmi saytında canlı izləmək olar.

Məlumata görə, smartfonların ön satışı sentyabrın 15-i cümə günü, satışa çıxarılma tarixi isə bir həftə sonra, sentyabrın 22-də həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, "iPhone 15" və "15 Pro" üçün 6,1 düymlük, "iPhone 15 Plus" və "iPhone 15 Pro Max" (və ya "Ultra") üçün 6,7 düymlük ekran ölçüləri ilə heç bir dəyişiklik gözlənilmir.

"iPhone 15 Pro" və "Pro Max"ın titan korpusla debüt edəcəyi gözlənilir.

Həmçinin "iPhone 15 Pro" seriyasında "Apple Watch Ultra" kimi "Fəaliyyət Düyməsi" də ola bilər.

Bundan başqa, "Apple"ın Avropa Birliyi qanunlarına görə bütün yeni cihazlarını "USB-C"yə çevirməsi gözlənilir.


Etiketlər:  İphone 15in təqdimat satış tarixləri bilindi Özəllikləri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ