Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina millisi bu oyun üçün səfərə oksigen balonları ilə yollandı - FOTO

Argentina millisi bu oyun üçün səfərə oksigen balonları ilə yollandı - FOTO

Tarix: 12 Sentyabr 2023 18:06

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gecə Boliviyanın qonağı olacaq Argentina yığması səfərə oksigen balonları ilə yollanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb matçın dəniz səviyyəsindən 3637 m yüksəklikdə yerləşən "Estadio Hernando Siles"də keçiriləcəyidir. 

Belə ki, yüksəklikdə təzyiqin artması ilə oksigen miqdarının aşağı düşməsini nəzərə alan Argentina Futbol Federasiyası bu cür addım atıb. 

Bundan öncə də Cənubi Amerikanın digər yığmaları adıçəkilən stadionda problemlə üzləşib. Qusma, ürəkbulanma kimi hallarla üzləşən oyunçular meydanda qaçmaqda çətinlik çəkirlər. 2018-ci ildə Braziliya yığmasının üzvləri də analoji addımı atmışdı. Matçdan sonra "sambaçılar"ın ulduzu Neymar bu cür stadionlarda oyun keçirilməsini qeyri-insani addım adlandırmışdı. 

Qeyd edək ki, FİFA 2007-ci ildə 2500 metrdən yüksəkdə olan stadionlarda oyunların keçirilməsini qadağan etmişdi. Bu qərara etiraz olaraq aralarında dönəmin Boliviya prezidenti Evo Morales, futbol əfsanəsi Dieqo Maradonanın da yer aldığı kampaniya başladıldı. Onlar bunu ayrıseçkilik adlandırırdı. Nəticədə ali futbol qurumu sonralar yüksəlik həddini 3000-ə qaldırdı, bir il sonra isə bütün qadağalar ləğv edildi. 

Onu da xatırladaq ki, Boliviya millisi son 16 ildə evdə keçirdiyi matçların 18-də qələbə qazanıb, 11 dəfə heç-heçə edib. Səfərdə isə bu komanda bütün matçları uduzub.

Milli.Az


Etiketlər:  Argentina millisi bu oyun üçün səfərə oksigen balonları ilə yollandı FOTO


RƏYLƏR