Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin ən yaxşıları kim olacaq? - FİFA namizədləri açıqladı

İlin ən yaxşıları kim olacaq? - FİFA namizədləri açıqladı

Tarix: 14 Sentyabr 2023 23:24

FİFA "The Best" mükafatına namizəd futbolçuların adlarını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilin ən yaxşısı adına namizədlərin siyahısında 12 futbolçu yer alıb:

Xulian Alvares, Lionel Messi (hər ikisi Argentina), Marselo Brozoviç (Xorvatiya), Kevin De Bruyne (Belçika), İlkay Gündoğan (Almaniya), Erlinq Holann (Norveç), Rodri (İspaniya), Xviça Kvaratsxeliya (Gürcüstan), Kilian Mbappe (Fransa), Viktor Osimxen (Nigeriya), Deklan Rays (İngiltərə), Bernardo Silva (Portuqaliya).

FİFA "The Best" mükafatına namizəd baş məşqçilərin siyahısını da açıqlayıb. Siyahıda kişi komandalarını çalışdıran mütəxəssislərdən Xosep Qvardiola ("Mançester Siti", İngiltərə), Simone İnzaqi ("İnter", İtaliya), Luçano Spalletti ("Napoli", İtaliya), Ange Postekoqlu ("Tottenhem", İngiltərə) və Xavi Ernandes ("Barselona", İspaniya) yer alıb.

Xattırladaq ki, 2022-ci ilin ən yaxşı futbolçusu Lionel Messi, ən yaxşı məşqçisi Lionel Skaloni seçilmişdi.

Milli.Az


Etiketlər:  İlin ən yaxşıları kim olacaq FİFA namizədləri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ