Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 08:10
Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən uzaqlaşdırılıb və onunla bağlı təhqiqat aparılır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" kəşfiyyat məlumatları ilə tanış üç amerikalı məmur və iki şəxsə istinadən yazıb.
FT durumu "Pekinin hərbi və xarici siyasət isteblişmentinin elit üzvləri arasında xaosun növbəti əlaməti" kimi təsvir edir.
Xatırladaq ki, daha öncə "Reuters" agentliyi Li Şanfunun iki həftədən çox ictimaiyyət qarşısına çıxmadığını bildirib.
Yayın əvvəlində ölkənin xarici işlər naziri Sin Qan uzun müddət ictimaiyyət qarşısına çıxmayıb. XİN başçısının vəziyyətini sağlamlıqla əlaqələndirməyə çalışsalar da, sonradan vəzifəsindən azad olunub. O, cəmi altı ay nazir vəzifəsində çalışıb. Versiyalardan birinə görə, buna səbəb məmurun Honkonq televiziyasının jurnalisti Fu Syaotyanla romantik münasibəti olub.