Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikahdan əvvəl aparılan tibbi müayinələr artırılır - RƏSMİ

Nikahdan əvvəl aparılan tibbi müayinələr artırılır - RƏSMİ

Tarix: 15 Sentyabr 2023 10:36

Nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.

Sonxeber.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin ""2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamında əksini tapıb.

Sərəncamda qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır.

Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.


Etiketlər:  Nikahdan əvvəl aparılan tibbi müayinələr artırılır RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ