Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya üçün alınmaz qalaya çevrilən şəhər

Rusiya üçün alınmaz qalaya çevrilən şəhər

Tarix: 17 Sentyabr 2023 18:36

Rusiya Tokmak şəhərini ikinci müdafiə xəttinin əsas dayağına çevirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

"Son günlər Rusiya qüvvələri Ukraynanın cənubunda, indiki cəbhə xəttindən təqribən 16 km kənarda yerləşən işğal olunmuş Tokmak şəhəri ətrafında müdafiəni gücləndirib. Bura Rusiyanın ikinci əsas müdafiə xəttinin özəyinə çevrilməyə hazırlaşır. Şəhərin müdafiəsinin təkmilləşdirilməsi Ukraynanın şimaldan birinci əsas müdafiə xəttini yarması ilə bağlı Rusiyanın artan narahatlığını göstərir", - hesabatda bildirilib.

Milli.Az


Etiketlər:  Rusiya üçün alınmaz qalaya çevrilən şəhər


RƏYLƏR