Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 08:30
"Real Madrid" İspaniya La Liqasının V turunu da itkisiz başa vurub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "kral klubu" öz meydanında "Real Sosyedad"a qalib gəlib - 2:1.
Hesabı beşinci dəqiqədə qonaqların heyətində Ander Barrenetçea açıb. Lakin Madrid təmsilçisi geridönüş etməyi bacarıb. 46-cı dəqiqədə Federiko Valverde, 60-cı dəqiqələrdə Xoselu fərqləniblər.
Bu qələbədən sonra maksimum - 15 xal toplayan "Real Madrid" turnir cədvəlində vahid liderdir. "Real Sosyedad" altı xalla beşincidir.