Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nisə Qasımovaya haqqımı halal etmirəm"

Tarix: 18 Sentyabr 2023 10:30

"Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Ələkbər Tağıyevin evinə getmişdik. Zeynəb Xanlarova "İstəyirəm görəm səni" mahnısını məşq edirdilər. Həmin vaxt mən çaldım, Nisə Qasımova isə həmin mahnının oxudu. Zeynəb Xanlarova da ona qulaq asdı. Xoşuna gəldi. Ələkbər Tağıyevə dedi ki, bundan belə təzə nə mahnı oxusam,  daha sonra həmin mahnını Nisə Qasımovaya verərsiniz".

Milli.Az olay-a istinadən bildirir ki,bu sözləri Xalq artisti Ceyran Haşımova "Xoş gəldim" verilişində deyib. 

A.Haşımova Xalq artistinin ona zəng vurub maraqlanmadığını vurğulayıb: "Nankordur. Ona yalvarmayacam ki... Haqqımı bir ona halal etmirəm, etməyəcəyəm də. Çünki onun üzərində dünyanın əziyyətini çəkmişəm".

Milli.Az


Etiketlər:  Nisə Qasımovaya haqqımı halal etmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ