Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda uğursuz PUA sınaq uçuşu - 2 nəfər yaralandı

İranda uğursuz PUA sınaq uçuşu - 2 nəfər yaralandı

Tarix: 18 Sentyabr 2023 15:16

İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalətinin Qorqan şəhər meydanına düşüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmmədrza Talainik bildirib.

Qeyd edilib ki, "Efendi" adlı sistemin sınağı keçirilib. Sistemdə baş verən nasazlıq səbəbindən aparat Qorqan şəhərində meydana düşüb.

Qeyri-rəsmi mənbələr isə bildirib ki, hadisə raket sınağı nəticəsində baş verib. Məlumata görə, sınaq zamanı raketin başlığı çıxıb. Başlıq təyin edilmiş yerə deyil, bir neçə hissəyə parçalanaraq Qorqan şəhərinə düşüb.

Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir. Qəza yerinə təcili tibbi yardım heyəti və istintaq qrupu cəlb edilib.


Etiketlər:  İranda uğursuz sınaq uçuşu nəfər yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ